Официальный сайт писателя и литературного продюсера

Ümidsizlik

Опубликовано: 21.07.2016 перевод на азербайджанский - Камран Назирли

Азербайджан копия

Çılpaq budaqlar arasından göy üzü tutqun görünürdü. Sürücü sürət götürdü…Qış təzəcə girmişdi, qar hələ yağmamışdı. Lakin soyuq artıq ikinci gün idi ki, meydan sulayırdı, mənfi iyirmi beş dərəcə şaxta vardı. Oleq indi meşədə necə soyuq olduğunu təsəvvürünə gətirdi.

Sürcü tatar idi, quru adam idi, damarları görünürdü, şeytana oxşayırdı, arabir başını döndərib özündən razı halda deyirdi:

-Gedib çatacağıq… Mən iki yüz kilometri iki saata gedərəm…Hələ gecə saat üçdü…

Heç kim ona fikir vermirdi. Oleq və arxada onun yanında oturan tosqun və yaxşı geyinmiş qadın fikirliydilər, hərə öz aləmindəydi. Oleq düşünürdü:»Görəsən qadının neçə yaşı var? Yəqin əlli olar…»

Bu buxaqlı qadının bənövşəyi rəngdə boyanmış napnazik dodaqları vardı… Eynək taxmışdı, iriydi, sifətinin yarısını tuturdu. Eynəyin şüşələri qadının gözlərini iri göstərirdi. Bəlkə də bundan betər idi.

Oleq qadına baxdı, çalışdı ki, qadın bunu duymasın. Qadın da ona ciddi baxışlarla cavab verdi. Maşının salonundan köhnə siqaret kötüklərinin qoxusu gəlirdi.

Belə qadınlar əlinə düşənləri buraxmaz. Oleq cəmi üç ay idi ki, qəzetdə işləyirdi və artıq əməkdaşlardan o qadın haqqında eşitmişdi. Bu qadın qəzetə sadə bir menecer kimi gəlmişdi və qısa müddətdə baş direktor və redaktorun inamını qazandı, reklam üzrə direktorun yerinə keçdi. Amansız qadın!

Uşaqları yox idi. Ərini də çoxdan məzlum bir məxluq eləmişdi, əri onun icazəsi olmadan evdən belə çölə çıxmazdı. Əri tez-tez redaksiyaya gəlirdi. Rəngi solğun, həmişə də qorxa-qorxa və itaətkar kimi görünürdü.

Oleq maşının güzgüsündən sallanmış breloka baxdı: uzunayaqlı, iri döşlü plastik qız kəfkir kimi fırlanılrdı. Gah sola, gah da sağa…gah sağa, gah da sola…

Qadın nədənsə Oleqə ürəyi yanırdı. Oleq qəzetə gəldiyi ilk gündə onlar tanış olmuşdular. Və qadın da elə ilk gündən başladı Oleqə himayədarlıq eləməyə. Redaktora Oleq haqqında yalnız tərifli sözlər deyirdi. Səhifəyə reklam materialı qoymaq lazım gələndə qadın hökmən onun altında Oleqin imzasını qoyurdu. Deyirdi:»Bizdə onun kimi gözəl yazı yazan yoxdu…» Bəzən məqalə alınmırdı, reklam verən adamlar narazı qalırdılar. Lakin qadın hər zaman Oleqi qoruyurdu.

 

Universitet belə qurtarmayan əyalət jurnalisti üçün məşhur bir qəzetin müxbir məntəqəsində işləmək böyük xoşbəxtlik idi. O, məqalələinə görə Moskvadan qonorarlar alırdı və bu qonorarlara Kazanda genbol dolanmaq olardı. O, sağa-sola xərcləməyi sevirdi, bahalı içkiləri xoşlayırdı, restoranlara, klublara gedirdi, qadınları xoşlayırdı, onlarla çarpayıda siqaret çəkməkdən ləzzət alırdı, onlara purc xərcləməyi xoşlayırdı.

 

Son vaxtlar Oleq çox şən və gümrah yaşayırdı. Puldan əlavə o, həm də tanınmışdı. Şöhrət qazanmışdı. Məsələn, onun kurs yoldaşları onu istedad hesab edirdilər, ona gələcəyin ulduzu kimi baxır ona hörmət edirdilər. Əlbəttə, kimsə də ona həsəd aparırdı. Lakin bu ağ həsəd idi, zəzrli deyildi…

 

Plastik qız yellənirdi. Siqaret kötüklərinin iyi salonu bürüçmüşdü. Qadın onun əlini öz baldırına qoymuşdu. O da qadının baldırını sağallayırdı. «Bu iki nəfərlik ezamiyyəti qadın bilərəkdən düşünüb-daşınıb…»

Oleq düşündü ki, qadın onun anası yaşındadır.

Anası Kazan yaxınlığında bir kənddə yaşayırdı. Təxminən şəhərdən üç kilometr aralıda, alakin o, iki il idi ki, anasını görmürdü.

Qadın Oleqin əlinin istiqamətini dəyişdi. O, bir qədər həqarət hiss elədi, sonra özünü ələ alıb qadının şalvarının düymələrini açdı, əlini saldı içəri, başladı  əlləməyə.

Qadın şalvarını aşağı saldı, Oleqin başını özünə tərəf çəkib aşağı əydi. Lakin Oleq boynunu dikəltdi, əvvəlcə imtina elədi, sonra təslim oldu. Başını qadının budları arasına əyməmişdən nədənsə güzgüdə yellənən plastik qıza baxdı. «Elə bil dar ağacından asıblar…» düşündü. Və sonra tatar sürücünün baxışlarıyla toqquşdu.

Qadını ayaqları doluydu, qabarcıqları vardı, dərisinin üstündəki ilan kimi göy damarları görünürdü. Oleqin ürəyi bulandı və ona elə gəldi ki, maşın fırlandı, böyrü üstə əyildi və aşdı…

 

…Oleq maşının qapısını açdı. Buz kimi su. Barmaqlarıyla buz parçalarına toxundu, buz parçaları sındı. Buz sındı.

Hiss etdi ki, boğulur. Buza toxunmaq istədi. Əlləri ağac kimi qurumuşdu…

…Oleq büzün üstüylə süründü. Ona elə gəlirdi ki, buz bax, bu dəqiqə çatlayacaq. Nəhayət, budur, sahildədir. O donub, bir qədər də titrəyir deyəsən. Öskürdü. Bir az uzandı. Sonra ayağa durdu, arxaya baxdı. Maşın çaya düşmüşdü. Sürücü körpüyə çatmamış döngədə idarəetməni itirmişdi və maşın aşmışdı.

«Çay lap kiçikdi…» Çayın o biri sahili lap aydın görünürdü: qumsal yamac, yuxarı hissədə quru otluq. Sakitlikdi…

… O, şosse yola çıxdı. Qar dənəcikləri onun islanmış paltarına qonub əriyirdilər. Çox soyuq idi. Nəmli gil süxurlar yamacdan sürüşüb düşürdü. Sürüşüb yıxılmamaq üçün əlini nadir quru ot növünə uzatdı.

 

Yolda heç kim yox idi. Harda olduğunu da bilmirdi. Buraları tanımırdı. Yolun hər iki tərəfi ağaclıq idi. İstədi yadına salsın: yolda neçə dəfə faraları yanıb sönən qarşıdan gələn avtomobil görmüşdü, amma xatırlaya bilmədi. Meşəlikdi. Hara getsin, hansı səmtə getsin?

 

Uzaqdan yanan maşın faraları gördü. Əlini çıxarıb qaldırdı. Maşının işıqları onun donqar, məzlum bədəninə, qalxamayan əlinə düşdü. Avtomobil ötüb keçdi. Oleq gözlərinə inanmırdı. Ağzında bir-iki dəfə qalın buxar çıxdı, sonra başladı ağlamağa. Görünür, göz qapaqları da buzlamışdı.

O, avtomobilin qabağına çıxdı. Çalışdı ki, işıq düz onun üstünə düşsün. Sürcü uzaqdan onun siluetini gördü, əyləci basıb maşını saxladı… və ehtiyatla Oleqi ötüb keçdi.

 

… O, yenə fara işıqları gördü. Qar dənəcikləri, qar dənəcikləri, qar dənəciklər. O, qaçırdı. Maşın dayandı. Oleq qapını açmağa çalışdı, bacarmadı. Sürücü gülümsəyib dişlərini ağartdı. Maşın yerdən götürüldü. Sürücü yavaş-yavaş gedirdi. Gülürdü.  Oleq maşının şüşəsinə yumruqlayırdı. Qar dənəcikləri, qar dənəcikləri, qar dənəcikləri…

…O, üzünü həmin qadının ayaqları arasına qoymaq istəyirdi…

Hava işıqlanırdı. Qar örtülmüş yolla iki nəfər gedirdi. Biri uşaq, o biri isə yaşlıydı. Ağacdan qayrılmış xizəklər onların belini əymişdi, xizəklərin üstündəki qarla örtülmüşdü. Quşbaşı qar yağırdı.

-Baba, -deyə qız tatar dilində soruşdu,- qar hardan yağır?

-Göydən,- baba cavab verdi.

-Bəs onu kim atır?

-Allah.

-Allah qarı ovcuyla atır, yoxsa vedrəylə?

Baba cavab vermədi. O, yolda donmuş insanı gördü. Adamı demək olar ki, qar örtmüşdü. Baba çəkməsinin ucuyla donmuş adamın bədəninə toxundu.

-Allah bircə özü bilir nə ilə tullayır qarı…- baba dedi.

Baba donmuş meyiti güclə qaldırdı, çırpının üstünə qoydu. Qızın gözləri bərələ qalmışdı.

Yolçular yollarına davam elədilər. Külək qar lopalarını dağıdırdı, ağaclar babayla qızı sevinə-sevinə salamlayır, yellənirdilər.

 

Tərcümə etdi: Kamran Nəzirli

 Перевод: Камран Назирли

Поделиться прочитанным в социальных сетях: